waplog

Dövlət Statistika Komitəsi rabitə və kommunikasiya çəkilişi işləri üzrə açıq tender elan edib


Azərbaycan Dövlət Statistika Komitəsi rabitə və kommunikasiya çəkilişi işlərinin satınalması üzrə açıq tender elan edib.

Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tender 2 lot üzrə keçirilir: lot 1 - Azərbaycan Dövlət Statistika Komitəsi üçün istehsal avadanlıqlarının satınalınması, lot 2 - Azərbaycan Dövlət Statistika Komitəsi üçün Rabitə və kommunikasiya xətlərinin çəkilişi işlərinin satınalınması. Tender iştirak haqqı hər bir lot üzrə 200 manat təşkil edir.
 
İddiaçılar tenderdə iştirak etmək sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) iyunun 18-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 26-dək Dövlət Statistika Komitəsinə (otaq 424) təqdim etməlidirlər.
Tender proseduru iyunun 27-də Dövlət Statistika Komitəsində (otaq 412) baş tutacaq.
Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL