waplog

Cənubi Koreya istehsalçısı planşetlər bazarında “Apple”dan geriliyi azaldır


Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin dünya planşet kompüterlər bazarında payı rekord səviyyəyə çatıb ki, bu da ona lider “Apple” korporasiyasından geriliyi azaltmağa imkan verib. Bu barədə “Strategy Analytics” şirkətinin məlumatında deyilir.

Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə "Samsung” 12,8 milyon planşet tədarük edib ki, bu da bazarın ümumi həcminin 22,6 faizini təşkil edir. Bir il əvvəl bu göstərici 18,9 faizə, tədarük edilmiş “Galaxy Tab” istehsal xəttindən olan qurğuların sayı 9,1 milyon ədədə bərabər olub.
“Apple” beynəlxalq arenada nəhəng planşet istehsalçısı olaraq qalır. Lakin “iPad” istehsalçısının payı illik hesablamada 11,5 faiz azalaraq cari ilin yanvar-martında 28,9 faiz olub. “Apple” artıq Cənubi Amerika, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika kimi regionlarda liderliyi “Samsung”a verib.  

Analitiklər Cənubi Koreya nəhənginin ABŞ rəqibi üzərində əsas üstünlüyü kimi geniş məhsul çeşidini qeyd edirlər. Bunun sayəsində “Samsung”un bazar payına görə “Apple”a yaxınlaşmaqda davam edəcəyi gözlənilir.   
    
Ötən rübdə 2,3 milyon planşet istehsal edərək 4,1 faizlik paya sahib çıxan “Lenovo” şirkəti liderlərdən çox geri qalır. Sonrakı yerdə 3,7 faizlik göstərici və 2,1 milyon tədarük edilmiş qurğu ilə “ASUS” şirkəti qərarlaşıb. “Amazon” şirkətinin payı 2,6 faiz təşkil edir, - "3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL