“Adsız” planşetlərin qlobal təchizat həcmləri 27,4% azalıb
Bu ilin birinci rübündə dünya üzrə “adsız” planşetlərin təchizatının həcmi 20,4 milyon təşkil edib.
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, təchizat həcminin azalması əsasən, “adsız” planşetlərin vendorlarının Çində yerləşməsi ilə bağlıdır.
Təchiz edilən modellər arasında 7 düymlük modellərin payı 70,5%, 7,85/7,9 düymlük modellərin 21,3%, 8 və 9 düymlük 4,2%, ölçüsü 9 və 10 düymdən yuxarı 2,9%, ölçüsü 10 düymdən yuxarı olan planşetlərin payı isə 1,1% təşkil edib.
Hindistan, İndoneziya, Tailand, Rusiya və Şərqi Avropa ölkələri kimi inkişaf edən ölkələrdə artan tələbatı nəzərə alaraq ekspertlər ikinci rübdə “adsız” planşetlərin təchizat həcmlərinin artımını 14,2%, il ərzində isə 45,6% proqnozlaşdırırlar. Beləliklə, bu il ərzində “adsız” planşetlərin təchizat həcmlərinin 23,3 milyonadək artacağı gözlənilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL