“Samsung” şirkəti enerjiyə qənaət edən yaddaş modulları hazırlayır
“Samsung” şirkəti növbəti nəsil serverlər üçün enerjiyə qənaət edən “RDİMM” əməli yaddaşının modullarının hazırlanmasını elan edib.
Enerjiyə qənaət edən “Green DDR3” seriyasının məmulatları 32 QB-a qədər tutuma malikdirlər; onların istehsalı vaxtı 30 nanometr texnologiyadan istifadə olunur. Modullar 4,5 Vatt enerji sərf edərək 1333 MHz tezlikdə işləyirlər. İstehsalçı iddia edir ki, bu, korporativ sinif serverləri üçün nəzərdə tutulmuş yaddaş modulları üçün ən aşağı göstəricidir.
“Green DDR3” yaddaş modullarının istehsalı vaxtı “TSV” (Through-Silicon Via) “3D” tərtib etmə texnologiyası tətbiq edilir. Bu texnologiya nəticəsində informasiyanın saxlanılma sıxlığı əhəmiyyətli dərəcədə artır.
Həmçinin qeyd edilib ki, yeni modullar eyni tutumlu “LRDİMM” məmulatları ilə müqayisədə enerji istehlakının 30 faiz azalmasını təmin edir. “Green DDR3” yaddaş modullarının test nümunələrinin tədarükləri artıq başlanıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL