waplog

Böyük Britaniya Müdafiə Nazirliyi “GPS” sisteminin alternativini hazırlayır


Böyük Britaniya Müdafiə Nazirliyi şərti adı "kvant kompas" olan naviqasiya sistemi hazırlayır.
"The Financial Times" nəşrinin məlumatına görə, 3-5 il ərzində hazırlanacaq qurğu öz mövqeyini fəzada Yerin maqnit sahəsinin subatom effektləri əsasında dəqiqliklə müəyyən edəcək.  

Yeni qurğunun başlıca üstünlüyü kimi onun avtonom rejimdə fəaliyyət göstərməsi qeyd edilir. ABŞ-ın "GPS" naviqasiya sistemindən fərqli olaraq "kvant kompas" peyk, yardımçı stansiyalar və digər əlavə avadanlıqlara ehtiyac duymur.   

Hazırlanması bir milyon funt-sterlinq dəyərində qiymətləndirilən qurğuya diqqəti hazırda müxtəlif ölkələrin silahlı qüvvələri göstərir. Buna baxmayaraq alimlər qurğunun gələcəkdə dinc məqsədlər üçün tətbiq ediləcəyini istisna etmirlər.
  
Qeyd edək ki, hazırda ən populyar naviqasiya sistemi "GPS" hesab edilsə də, mütəxəssislər onda kənar təsirlər üçün boşluqların olduğunu etiraf edirlər, - "Interfax www.interfax.ru" yazır

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL