“Azərmarka” şirkəti ətraf mühitin mühafizəsinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap etdirib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti ətraf mühitin mühafizəsinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap etdirib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, marka seriyasında 5 poçt markası və 1 kupon yerləşdirilib. Markaların üzərində ayrı-ayrılıqda ceyran, Qafqaz bəbiri, imperator qartalı, qonur ayı və boz canavarın təsvirləri, kuponda isə "IDEA" (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının xüsusi loqosu əks olunub. Markaların nominal dəyəri müvafiq olaraq 10, 20, 30, 50 və 60 qəpik təşkil edir.
Nominal dəyəri 1 manata bərabər olan suvenir vərəqin üzərində də sözügedən kampaniyanın loqosu təsvir olunub.
Qeyd edək ki, "IDEA" (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL