waplog

Yaponiya istehsalçısı "OLED” televizorların istehsalını dayandırmayacaq


“Sony” şirkətinin Avropadakı nümayəndələri “whathifi.com” saytına verdikləri bəyanatda Asiya ölkələrində Yaponiya istehsalçısının “OLED” üzvi işıq diodlar texnologiyası (Organic Light Emitting Diode) əsasında televizorların buraxılışını dayandıraraq diqqətini maye-kristal (LCD) ekranlar üçün “Ultra HD” texnologiyasının inkişafına yönəltməsi ilə bağlı yayılan məlumatları təkzib ediblər.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Sony”nin inkişaf kursunda belə dəyişiklik yoxdur və “OLED TV” texnologiyasının gələcəyi naminə onun tədqiqi və təkmilləşdirilməsi davam etdiriləcək.

Bəyanatda, həmçinin qeyd olunur ki, “Sony” istehlakçılar üçün “OLED” displeylərin kütləvi istehsalı məqsədilə etibarlı üsullar axtarmaqda davam edir.  

Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - “HDTV www.hdtv.ru” yazır.  




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL