ABŞ-da bir ildə oyun konsollarının satış həcmi 76% yüksəlib
“NPD Group” şirkətinin analitik məlumatlarına əsasən, ABŞ bazarında “Sony Playstation 4” oyun konsolu apreldə satış həcminə görə “Microsoft Xbox One”-ı ötüb. Artıq dördüncü ay ardıcıl “PS4” konsolu liderdir.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “NPD” şirkətinin hesabatına əsasən, 2014-cü ilin aprelində aparat satışlarının həcmi ötən ilin apreli ilə müqayisədə 76%-lik artım göstərib ki, bu da 2013-cü ilin noyabrında “PS 4” və “Xbox One” konsollarının çıxışı ilə izah edilir. Şirkətin hesablamasına görə, hazırda 6 ay ərzində “PS4” və “Xbox One” oyun konsollarının ümumi satış həcmi ötən ili təxminən iki dəfə ötür. Apreldə aparatların satış həcmi 192,6 milyon dollar təşkil edib. Xatırladaq ki, ötən il bu göstərici 109,6 milyon dollar təşkil edib.
Aparat təminatının satış həcminin artmasına baxmayaraq, 2014-cü ilin aprelində proqram təminatının satış həcmi 2013-cü il aprelin nəticələri ilə müqayisədə 10% azalıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL