Azərbaycan Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının milli məlumat mərkəzlərinin toplantısında iştirak edir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları Vyanada Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (NSHQOMT) milli məlumat mərkəzlərinin toplantısında iştirak edir.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təşkilatın GGİ-də yerləşən Azərbaycan üzrə Milli Məlumat Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müavini, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev ölkəmizdə aparılmış müvafiq tədqiqatların nəticələrinə dair məruzə ilə çıxış ediblər.
Yığıncaqda seysmoloji və digər geoloji proseslərin təhlilləri əsasında nüvə sınaqlarına oxşar bütün təzahürlər üzrə fasiləsiz və etibarlı texniki məlumatların alınması istiqamətində fikir və təcrübə mübadiləsi aparılır. Toplantıda Yer təkinin titrəməsi hadisəsinin nüvə partlayışı olub-olmamasının müəyyənləşdirilməsinə dair yeni yanaşma və metodlar müzakirə olunur.
Azərbaycan alimləri səfər çərçivəsində NSHQOMT-nın icraçı katibi Lassina Zerbo, Avstriyanın Milli Məlumat Mərkəzinin rəhbəri Volfqanq Lenhard, Mərkəzlərin Texniki Məsələlər üzrə Katibliyinin rəhbəri Martin Kalinovski ilə görüşmüşlər. Həmçinin, Avstriya Elmlər Akademiyanın prezidenti Anton Zeylinger və Rəyasət Heyətinin üzvləri ilə də görüş nəzərdə tutulur. Səfər mayın 18-də başa çatacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL