17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin müraciəti
Bu il qeyd edilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 1865-ci ildə yaradılan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 149 illiyi ilə əlamətdardır. BTİ-nin zəngin tarixi dünyanın ən qabaqcıl və innovasiyalı rabitə vasitələrini birləşdirməklə teleqrafdan başlayaraq internetə doğru inkişaf edən və insanlara istənilən yerdə və vaxtda dostlar, ailə üzvləri, iş yoldaşları, hətta əşyalarla əlaqə qurmağa imkan verən mobil genişzolaqlı rabitənin yaradılmasına qədər oynadığı böyük rolu təcəssüm etdirir.
Rabitə hüququ informasiya cəmiyyətində əsas yer tutmaqla informasiya və biliklərə bərabərhüquqlu və universal çıxışın əsas prinsipini təşkil edir ki, bu da öz növbəsində insanların arzu və məqsədlərinə çatmalarının təmini üçün geniş imkanlar açır.
Bu gün genişzolaqlı internet bağlantılarının imkanları informasiya-kommunikasiya texnologiyalarından tibb, təhsil, dövlət, ticarət və kommersiya xidmətlərindən sosial-iqtisadi artıma nail olmaq üçün istifadənin təminində çox vacib elementdir.
Odur ki, BTİ genişzolaqlı bağlantıların qurulması imkanlarına universal çıxışın təmininə və bu məqsədə nail olmaq üçün siyasi iradəyə köməyə sadiq olaraq qalır.
Bu il biz Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə diqqətimizi "Dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə" mövzusuna yönəldəcəyik.
Hazırda hamıya məlumdur ki, rəqəmli inkişaf dayanıqlı inkişafın sürətləndirilməsi üçün islahatlar alətidir. Onun potensialının tam həyata keçirilməsi üçün yüksəksürətli genişzolaqlı şəbəkələrin qurulmasına ehtiyac duyulmaqla yanaşı, onların tarifləri əlverişli olmalı və hər yerdə çıxış təmin edilməlidir.
Bununla əlaqədar olaraq BTİ və Genişzolaqlı rabitə üzrə komissiya genişzolaqlı rabitənin dayanıqlı inkişafına nail olmağa yönələn fəaliyyətə rəhbərlik edir. Bu il Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı da diqqəti "Dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə" mövzusuna yönəltməyin zəruriliyini vurğulayıb.
BTİ tərəfindən dayanıqlı inkişaf naminə genişzolaqlı rabitə sahəsində proqramın önə çəkilməsi ilə bağlı göstərilən səylər iki məqsədə - genişzolaqlı mobil rabitənin təşəkkülünə dəstəyə və zəmanəmizin iqlim dəyişiklikləri ilə mübarizə kimi qlobal problemlərinin həlli ilə yanaşı, stasionar simli rabitə texnologiyasının daimi inkişafına müvəffəq olmağa yönəlib. Genişzolaqlı rabitə əsasında qurulan İKT şəbəkələri dayanıqlı inkişafın üç təməlinin (iqtisadi artım, sosial inteqrasiya və ekoloji sabitlik) təmini üçün güclü elmlərarası yardımçı amil hesab olunur.
Mən bizim tərəfdaşları – hökumət, akademik təşkilatlar və sahə ekspertlərini genişzolaqlı rabitə, infrastruktur, əlavə və xidmətlərin kompleks hazırlanması sahələrində elmi tədqiqatlar və işləmələrdə vacib boşluqları aşkar etməyə, genişzolaqlı rabitə üçün radiotezlik spektrinin bölüşdürülməsi, universal çıxış və innovasiyalı maliyyələşmə mexanizmləri üzrə öhdəliklər sahəsində fəaliyyətlə bağlı siyasətin prioritetlərini müəyyənləşdirməyə və kənd yerlərində, o cümlədən zəif inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan kiçik ada dövlətlərində genişzolaqlı çıxışın genişləndirilməsi üzrə ən yeni texniki həlləri tapmağa çağırıram.
Gəlin, dayanıqlı inkişafa nail olmaq üçün İKT-nin katalitik rolundan istifadə üçün səylərimizi birləşdirək. Bu, gələcəkdə hamının yaxşı yaşamasının təmini üçün başlıca şərtdir.
Dr. Hamadun Ture
Baş katib
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL