waplog

“IDC” analitikləri İT bazarı üzrə proqnoza yenidən baxıblar


“International Data Corporation” (IDC) analitik şirkəti qlobal İT bazarı üzrə proqnozunu aşağı salıb. Ekspertlər daha əvvəl 2014-cü ilin yekunu üzrə informasiya texnologiyaları üzrə qlobal xərclərin artımını 4.6% səviyyəsində qiymətləndiriblər, hazırda bu göstərici 4,1%-dək aşağı endirilib. Ötən il şirkət və istehlakçıların İT xərclərinin həcmi 4,5% artıb.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, cari ilin əvvəlindən makroiqtisadi problemlər (Ukraynada böhran) fonunda qlobal İT sənayedə qeyri-stabil vəziyyət müşahidə olunur.

Bundan başqa, analitiklər deyir ki, mobil qurğular bazarının artım dinamikasının azalması da öz sözünü deyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL