waplog

İyuldan QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupuna Azərbaycan sədrlik edəcək


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Türkiyənin İstanbul şəhərində yerləşən qərargahında keçirilən QDİƏT-in elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası artıq başa çatıb.
 
İclasda Azərbaycanın İstanbuldakı Konsulluğu,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA və  Elmin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.  RYTN-ni İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev və Beynəlxalq Əlaqələr və Qeyri-dövlət qurumları ilə iş şöbəsinin əməkdaşı Kamran Abbasov təmsil edib.   
 
İclasda təşkilata üzv ölkələrin elm və texnologiyalar sahəsində fəaliyyət göstərən qurumlarının təşkilatda qeydiyyata alınması, təşkilata üzv ölkələrin ABŞ-la və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı və 2014-2018-ci illər üzrə fəaliyyət planının hazırlanması məsələləri müzakirə olunub. İclasın sonunda görüşün nəticələrinə dair hesabat qəbul edilib. İyul ayında İşçi Qrupa sədrliyin Azərbaycana keçməsi nəzərdə  tutulur.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL