“Apple” və “Motorola” şirkətləri qarşılıqlı patent iddialarını ləğv ediblər
“Apple” və “Motorola” şirkətlərinin rəsmiləri Vaşinqton Apelyasiya Məhkəməsinə bildiriblər ki, özləri razılığa gələrək 2010-cu ildə şirkətlər arasında yaranmış patent mübahisəsini sərbəst həll ediblər. Bununla əlaqədar, onların bir-birinə qarşılıqlı patent iddiaları ləğv olunmalıdır.
Xatırladaq ki, ilk öncə “Motorola” “alma” şirkətini onun bir sıra patentlərinin hüququnu pozmaqda ittiham edib, amma “Apple” şirkətinin hüquqşünasları operativ qarşılıqlı iddiaların siyahısını tərtib ediblər.
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, hər iki şirkətin nümayəndələri bir neçə il müxtəlif məhkəmə instansiyalarında bir-birini patent hüququnu pozmaqda ittiham ediblər, buna görə indiki razılıq olduqca gözlənilməzdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL