Tayvan istehsalçılarının smartfon bazarı liderlərindən geri qalması davam edəcək
Tayvanın “Acer”, “AsusTek” və “HTC” istehsalçıları yüksəkkeyfiyyətli smartfonlar buraxa bilir, lakin buna baxmayaraq bundan sonra da “Samsung” kimi iri şirkətlərdən geri qalacaq. Bu barədə bu yaxınlarda yaradılan Tayvan Elm və Texnologiyalar Nazirliyinin rəhbəri Saymon Çanq deyib.
Nazir Tayvanın texnoloji şirkətlərinin perspektivləri ilə bağlı skeptikliyini yerli istehsalçıların məhsullarının önə çəkilməsi üçün böyük məbləğdə vəsaitlərə malik olmaması ilə izah edib. Məsələn, “HTC”-nin bir model üçün ayrılan marketinq büdcəsi Cənubi Koreya rəqibinin büdcəsindən təxminən 10 dəfə azdır, - S.Çanq bildirib.
Onun sözlərinə görə, brendin möhkəmlənməsi çoxlu pullar tələb edir.
Tayvanlı nazir, həmçinin qeyd edib ki, ölkəsinin müqavilə əsasında fəaliyyət göstərən elektronika istehsalçıları bu baxımdan daha az problemlə üzləşir. Belə ki, onlar reklama vəsait xərcləmir və bununla da diqqəti istehsal potensialının yaxşılaşdırılmasına yönəldirlər. “Hon Hai Precision Industry Co.” kimi şirkətlər aparıcı brend istehsalçıları ilə çoxmilyardlı sazişlər imzalayır.
S.Çanq vurğulayıb ki, hazırda müqavilə əsasında fəaliyyət göstərən Tayvan şirkətlərinin gəlirləri az olsa da, zaman ötdükcə onlar istehsalı genişləndirməklə mədaxil və gəliri artıra biləcəklər, - “DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL