waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vakansiyalar təqdim edib


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya növbəti müsabiqə və ümumi müsahibə elan edib.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə komissiyadan məlumat verilib.
 
Müsabiqəyə digər dövlət orqanları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi 4 və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 1 vakansiya təqdim edib.
 
Elektron Təhlükəsizlik Mərkəzinin vakansiyalarına baş mühasib, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunun müdiri, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, Əməliyyat sektorunun müdiri vəzifələri daxildir.
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu isə Sahibkarlığın inkişafı sektorunda baş məsləhətçi (hüquqşünas) vəzifəsi üzrə vakansiya təqdim edib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL