Müəllimlərin yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək
Təhsil nazirinin 21.04.2014-cü il tarixli 445 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu ilə əlaqədar qaydalarda hazırda təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsinin həyata keçirilməsi üzrə də yeni mexanizmlər nəzərdə tutulub.
Belə ki, daimi əsaslarla işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi təhsil müəssisəsinin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçiriləcək. İş yerini bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər isə Təhsil Nazirliyinə müraciət etməli olacaqlar.
Həmin müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə) proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.
Təhsil Nazirliyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər üçün xüsusi tələblər irəli sürülməsə də, bu proses zamanı onların peşə kompetensiyaları, pedaqoji fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri və peşəkar inkişafı xüsusi qaydada qiymətləndiriləcək.
Müsabiqənin sonrakı illərdə də bu formada keçirilməsi nəzərdə tutulur. Lakin gələcəkdə dəyişən reallıqlara müvafiq olaraq bu qaydalarda dəyişikliklərin olması ehtimalı hər zaman mövcuddur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL