İyunda Azərbaycanda yeni nəsil “HTC one” mini-smartfonların satışına başlanılacaq
“HTC” şirkəti Azərbaycanda “HTC One” ailəsini təmsil edən yeni bir smartfonu – “HTC One mini 2”-ni təqdim edir. Təsirli 4,5 düymlük HD-ekran, “HTC BlinkFeed” texnologiyalı “HTC Sense™ 6” interfeys və 5 meqapiksellik ön kamera ilə təchiz edilmiş bu yenilik “HTC One (M8)” smartfonunun metal korpusunun tanınan dizaynını və bütün funksiyalarını təkrarlayır. Azərbaycanda sözügedən smartfonun satışının qlobal satışlarla birgə, yəni iyunda başlanacağı gözlənilir.
“HTC One” ailəsinin yeni bir təmsilçisi kimi “HTC One mini 2” cihazı ən müasir texnologiyaları və flaqman seriyasının funksionalını təcəssüm etdirir. Bununla yanaşı, bu modelin ölçüləri maksimal dərəcədə rahat istifadəyə üstünlük verən istifadəçilərin tələblərinə tam cavab verir. Telefon əldə rahat yatır və cib və ya kiçik əl çantasına çox rahatlıqla yerləşir. Bu, yığcam formatlı cihazlara üstünlük verən “HTC One (M8)” pərəstişkarları üçün ideal seçimdir”,- deyə “HTC”-nin baş direktoru Piter Çou qeyd edir.
Dizayn
“HTC One mini 2” smartfonu özünün premium dizaynı ilə fərqlənir. Qeyd etmək lazımdır ki, həmin dizayn sayəsində “HTC One (M7)” smartfonu nüfuzlu “iF Design Award 2014” mükafatına layiq görülmüşdür. Bu cihazın dəyirmiləşdirilmiş kənarlı korpusu bu yaxınlarda təqdim olunmuş “HTC One (M8)” smartfonunun üslubunda hazırlanmışdır. Kiçik ölçülər və tanınan dizayn “HTC One mini 2” smartfonunu müasir yığcam cihaz axtarışında olan şəxslərin aşkar seçiminə çevirir.
Yüksək keyfiyyətli kamera
5 meqapiksellik ön kamera “selfi” üslubunda çəkilmiş avtoportretlərin yüksək keyfiyyətini təmin edir. Bundan əlavə siz problemsiz ideal bir süjet də hazırlaya bilərsiniz – taymerli ön kamera bunun üçün yetərincə vaxt verəcək.
“HTC One mini 2” smartfonu şəkillərin üzərində xırda kosmetik dəyişikliklər (dərinin tonunu bərabərləşdirmək, “qırmızı göz” effektini aradan qaldırmaq və ya sifətin cizgilərini düzəltmək) etməyə imkan verən “Touch Up” funksiyası ilə təchiz edilmişdir. Bununla belə şəkil öz təbii görünüşünü qoruyub saxlayır. Amma bu model, yəqin ki, daha da cəsarətli eksperimentlərə hazır olan kəslərin də xoşuna gələcək. Belə ki, “Touch Up” funksiyası ilə istifadəçilər göz ölçülərinin böyüdülməsi üçün nəzərdə tutulan alət vasitəsilə portretə “manqa” effektini verə bilərlər.
“HTC BoomSound” – yığcam korpusda güclü səs
“HTC One” ailəsinin əvvəlki nümayəndələri kimi “HTC One mini 2” smartfonu da güclü və təmiz səsləndirməni təmin edən “HTC BoomSound” texnologiyası ilə təchiz edilmişdir. “HTC One (M8)” modelində də istifadə olunmuş gücləndirici sayəsində yeni model basdan tutmuş, daha da yüksək tezliklərə qədər müxtəlif səs diapazonlarını mükəmməl şəkildə səsləndirir. Mötəbər “HTC One” seriyasının ayrılmaz hissəsi olan quraşdırılmış stereodinamiklər dərin musiqi səsləndirməsini təmin edir.
“HTC BlinkFeed” – əsas ekranda real zaman rejimində vacib xəbərlər
“HTC BlinkFeed” funksiyası smartfonun ekranını sosial şəbəkələrdə mövcud olan son xəbərlərin və hadisələrin “canlı” lentinə çevirir. Smartfon 1000-dən çox tərəfdaşdan gələn məlumatları ekranda əks etdirir. Qeyd etmək lazımdır ki, tərəfdaşların siyahısı daim genişlənir. Hamar keçidli və dinamik şəkildə yeniləşən düzümlü “HTC BlinkFeed”-in təkmilləşdirilmiş interfeysi “HTC One mini 2” smartfonunun sahibinə nəinki dünyada olanlardan xəbərdar olmağa imkan verəcək, həm də oxuma prosesini daha da rahat edəcək.
Alış
“HTC One mini 2” smartfonu tünd boz metallik, açıq gümüş və sarı qızıl rənglərində bazara çıxarılacaq. Smartfon satışa 2014-cü ilin iyununda çıxarılacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL