“Apple” və “Nokia” bir-biri ilə yarışır
“Apple” və “Nokia” “Google” korporasiyası ilə mobil istehsalçılar bazarında rəqabəti gücləndirmək məqsədilə “İnterDigital” şirkətini almaq fikrinə düşüblər. Qeyd edək ki, hər iki şirkətin əsas məqsədi “İnterDigital” korporasiyasına məxsus 8800-dən artıq olan patentlərə sahib olmaqdı.
“İnterDigital” şirkətinin rəhbərliyi yaranmış vəziyyətə münasibət bildirərək qeyd edib ki, şirkətin heç bir maliyyə problemi yoxdur, sadəcə, onlar mobil istehsalçılar bazarındakı rəqabətdən səmərəli istifadə etmək niyyətindədirlər və həqiqətən potensial alıcı axtarırlar.
Ekspertlərin fikrincə, hərracın qalibi “Apple” şirkəti ola bilər. Belə ki, “Apple” “Google” və onun populyar “Android” əməliyyat sistemi ilə rəqabətdə mövqeyini gücləndirməyə və yeni patent münaqişələrindən qorunmağa çalışır.
www.rabita.az
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL