waplog

“iPhone” smartfonları günəş vasitəsilə enerji yığacaq


“Apple” şirkətinin yeni əldə etdiyi patentə əsasən, gələcəkdə günəş enerjisi ilə işləyən i-cihazlar istehsal edilə bilər. Elastik ekran modulunda günəş panelləri və ötürücülərin yerləşdirilməsini nəzərdə tutan hibrid sistem təsvir edilir.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yaxın gələcəkdə şirkət çətin ki, günəş enerjisi ilə işləyən qurğular istehsal etsin, çünki müasir sensor ekranların enerji sərfiyyatının yüksək olmasına görə sadəcə enerji toplamağa vaxt çatdırmayacaq.
 
Bununla belə, texnologiya akkumulyatorun müddətini uzatmağa kömək edəcək.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL