Maye-kristal televizorlar bazarının lideri dəyişməz qalıb
"Samsung Electronics” şirkəti dünyanın iri maye-kristal televizor (LCD) istehsalçısı olaraq qalır. Belə ki, “Digitimes Research” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin birinci rübündə Cənubi Koreya istehsalçısı bu müddət ərzində tədarük edilən “LCD” televizorların ümumi həcminin 22,5 faizini buraxıb.
İkinci yeri 15 faizlik bazar payı ilə “LG Electronics” şirkəti tutur. Sonrakı yerlərdə bir-birindən cüzi fərqlə Çinin “TCL” və “Haier” şirkətləri qərarlaşıb. Onların “LCD TV” bazarında payı müvafiq olaraq 8 və 7,1 faiz təşkil edir. Liderlər beşliyini bazar payı 6,9 faiz təşkil edən Honkonqun "TPV Technology” istehsalçısı tamamlayır.
Reytinqin altıncı pilləsində ümumi tədarük həcmi 5,4 faizə çatan Türkiyənin “Vestel” şirkəti qərarlaşıb. Çinin yeddinci yeri tutan “Skyworth” şirkəti də eyni göstəriciyə malikdir. Sonrakı yerdə 4,5 faizlik payla daha bir Çin istehsalçısı - "Konka” şirkəti yer alıb. Siyahını isə payı 3,9 faizə bərabər olan Yaponiyanın “Sharp” şirkəti tamamlayır.
“Digitimes Research” istehsalçılar üzrə ədəd sayında tədarük həcmi barədə məlumat vermir. Qeyd olunur ki, ümumilikdə ötən rübdə istehsalçıların hamısı 46 milyon “LCD” televizor buraxıb.
Ekspertlər, həmçinin siyahıya daxil olmayan Tayvan şirkətləri barədə məlumat veriblər. Cari ilin yanvar-martında Tayvan istehsalçıları 7,53 milyon “LCD” televizor tədarük edib ki, bu da ötən rübün göstəricisindən 20,8 faiz azdır. “Digitimes Research”in proqnozuna görə, ikinci rübdə Tayvandan maye-kristal televizorların tədarükü artaraq 9,1 milyon ədədə çatacaq, - “DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL