waplog

Alimlər mobil qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaqlar


“The Times” nəşri yazır ki, britaniyalı alimlər müxtəlif mobil qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaqlar. Səhiyyə departamenti və mobil telefon sənayesi nümayəndələrindən layihə üçün vəsait almış London İmperiya kollecinin mütəxəssisləri tədqiqatla məşğul olacaqlar.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ekspertlər mobil telefon, planşet və başqa simsiz qurğuların yeniyetmələrin beyninə təsirini araşdıracaqlar. Layihə üç il davam edəcək və tədqiqatda 11 yaşlı 2500 uşaq iştirak edəcək.
 
“The Telegraph” nəşri yazır ki, yeniyetmələrdən xüsusi tətbiq quraşdırmaq xahiş ediləcək və proqram zənglərin müddətini,  internet və SMS-dən istifadəni qeydə alacaq.
 
Son məlumatlara görə, Britaniyada 11 yaşlı uşaqların 70%-i və 13-14 yaşlı uşaqların 90%-i mobil telefon işlədir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL