Yeni “Surface Pro 3” planşeti təqdim olunub
“Microsoft” korporasiyası yeni “Surface Pro 3” planşet kompüterini buraxıb. Bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında korporasiyanın korporativ vitse-prezidenti Penos Peney bildirib. Korporasiya tərəfindən “Surface Pro 3” ilə birlikdə “Surface Mini” modelinin təqdim olunacağı gözlənilsə də, bu baş verməyib.
2160:1440 piksel təsvir ölçülü 12 düymlü sensor displeylə təchiz edilən “Surface Pro 3”-nun korpusu ikinci nəsil "Surface Pro” modelinin korpusunun qalınlığından nazikdir. Müqayisə üçün: üçüncü nəsil "Surface Pro”nun korpusu 9,1 mm, ikinci nəsil “Surface Pro”nun 13 mm təşkil edir. Planşet dəstinə dörd rəngdə – qara, bənövşəyi, mavi və qırmızı rəngdə klaviatura-çexol daxildir.
“Windows 8.1 Pro” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu "Intel i7” prosessoru və “USB 3.0” çıxışı ilə təchiz edilib. Təqdimat zamanı P.Peney qeyd edib ki, yeni planşet “Photoshop” kimi proqramlarla işləyə bilir.
Qeyd edək ki, dünyanın nəhəng proqram təminatı tərtibatçısı olan “Microsoft”un məhsulları sırasına “Windows” ailəsinin əməliyyat sistemi, “Microsoft Office” ailəsinin sənədlərlə iş üçün proqramlar, "Skype” proqramı, "Bing” axtarış sistemi, eləcə də “Xbox” oyun konsolları daxildir. Səhmləri “NASDAQ” birjasına çıxarılan korporasiyanın kapitallaşması 327,9 milyard dollar təşkil edir, - “İTAR-TASS www.itar-tass.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL