waplog

Ünvan Reyestri İnformasiya Sistemi təkmilləşdirilir


Məlum olduğu kimi, bu ilin martından Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Yeni ünvan sistemi nəticəsində vətəndaşların istənilən vaxt ünvanları rahat və tez şəkildə tapa bilməsini təmin edir.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, yeni qaydalar ünvanların binalara yox, onların girişlərinə verilməsini nəzərdə tutur. Yeni qaydalara əsasən, binanın hər bir girişinə ayrıca ünvan verilir. Bu, Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir.
 
Yeni ünvan sistemində ünvan məlumatları daha təfərrüatlı olacaq. Belə ki, hər bir girişdəki mənzillərin nömrələri ayrıca göstəriləcək. Ünvan məlumatlarında mənzilin hansı mərtəbədə yerləşməsi də əks olunacaq.
 
 Yeni qaydalara əsasən, küçə və prospektlər kodlaşdırılacaq. Yəni küçələrin adları ilə yanaşı, xüsusi kodları da olacaq. Sənədlərdə də küçə və prospektin adı ilə yanaşı, onun kodlaşmış nömrəsi də göstəriləcək. Küçənin adı dəyişəndə bu kod dəyişməyəcək. Bu da küçə adlarının dəyişdirilməsi zamanı bir çox sənədlərin dəyişdirilməsi zərurətini aradan qaldıracaq.
 
Artıq yeni ünvanvermə qaydalarına uyğun olaraq, Bakı şəhərinin 1325, Sumqayıt şəhərinin 69, Gəncə şəhərinin 684 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə giriş ünvanları təyin edilib.
 
    
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL