waplog

İritutumlu məlumatların saxlanılması üzrə yeni rekorda nail olunub


“IBM” şirkətinin tədqiqatçıları maqnit lent yazısı sıxlığında rekord göstəriciyə nail olduqlarını bəyan ediblər. Belə ki, onlar bir kvadrat düym maqnit lentində 85,9 milyard biti yerləşdirməyə nail olublar. Tərtibatçıların sözlərinə görə, bu, kompüter sənayesində məlumatların saxlanılması üçün ən etibarlı və əlverişli texnologiyalardan istifadədə atılmış əhəmiyyətli addımdır.  
 
Yeni göstərici standart “LTO6” kartriclərində istifadə edilən lentin göstəricisini 62 dəfə üstələyir. Bir sözlə, nəticə 154 terabayt məlumatadək yaxşılaşıb ki, bu da 154 milyon kitab mətnin saxlanılması üçün yetərli hesab edilir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu növ qeyri-virtual kitab rəfi Las-Veqasdan Sietlədək uzana bilər.
 
Rekorda Yaponiyanın “FUJIFILM” şirkəti tərəfindən hazırlanan ən yeni lent prototipi vasitəsilə nail olunub.
“IBM” alimləri iritutumlu məlumatları dörd göstərici (həcm, müxtəliflik, çıxış sürəti və etibarlılıq) üzrə xarakterizə edirlər. Qiymətləndirməyə görə, 2020-ci ilədək iritutumlu məlumatların həcmi 40 zettabayta (bir trilyon qiqabayt) çatacaq. Bu məlumatların əksər hissəsini arxivlər, o cümlədən videoyazılar, ehtiyat surətlər, normativ tələblərə əməl etməyə lazım olan qəza bərpası və informasiyanın saxlanılması üçün sənəd surətləri təşkil edir. Maqnit lentlərin az enerji sərf etməsi və sərt disklərlə müqayisədə qiymətinin aşağı olması ilə əlaqədar olaraq bu daşıyıcı növü iritutumlu arxiv məlumatlarının saxlanılması, mühafizəsi və istifadəsi üçün ideal texnologiyadır.  
 
Müqayisə üçün qeyd edək ki, Böyük Adron Kollayderinin üçillik istismarı nəticəsində əldə edilən elmi məlumatların tutumu 100 petabaytdan çoxdur. Bu məlumatların çox hissəsi “CERN” Avropa Nüvə Tədqiqatları Təşkilatının məlumatların saxlanılması sistemlərində təxminən 52 min maqnit lentli kartricdə saxlanılır. Alimlərin bu məlumatlardan daimi istifadəsinin nə vaxtsa dünyanın yaradılışı ilə bağlı əsaslı suallara cavab verəcəyi ehtimal edilir.
 
“Yeni lent prototipinin köməyi ilə biz kiçik form-faktorda təkcə yüksək məhsuldarlığı deyil, həm də bir neçə il ərzində etibarlılığı təmin edə bilirik. Kartriclərdən istifadə edilməyəndə onlar enerji sərf etmir”, - “IBM” əməkdaşı İvanqelos Elefseru deyib.
  
Belə həcmə nail olmaq üçün tədqiqatçılar tərəfindən bir neçə yeni texnologiya, o cümlədən ferrit barium hissəcikləri ilə iş üçün nəzərdə tutulan lent yazısı başlığı, başlığın yerləşmə mövqeyinin dəqiqliyini yaxşılaşdırmağa imkan verən ötürücü idarəetmə texnologiyası (bunun sayəsində zolaqların yerləşmə sıxlığı “LTO6” ilə müqayisədə 27 dəfə artırılıb) hazırlanıb. Bundan əlavə, məlumatlar kanalında innovasiyalı siqnal emalı alqoritmləri tətbiq edilib ki, bu da başlığın eni çox kiçik maqnit aralığı (90 nanometr) ilə etibarlı işini təmin etməyə imkan verib, - “Vesti www.vesti.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL