waplog

Səfir: “Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində ciddi irəliləyişlər əldə edib”


“Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində ciddi irəliləyişlər əldə edib”.
 
“ICTnews" elektron xəbər xidməti bildirir ki, bu fikirləri Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev “Nil Əl-Əxbar” televiziya kanalına verdiyi müsahibəsində söyləyib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Ş.Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan “Nil Əl-Əxbar” televiziya kanalına verdiyi müsahibədə ölkəmizlə bağlı bir çox məqamları ərəb xalqına çatdırıb. Səfir Azərbaycan haqqında danışaraq, ölkəmizin tarixi keçmişi barədə məlumat verib və Ermənistan-Azərbaycan münaqişəsindən söz açaraq, Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından çıxarıldığını qeyd edərək, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını vurğulayıb.
 
Şahin Abdullayev Azərbaycan iqtisadiyyatının son on ildə yüksək sürətlə inkişaf edərək, dünyada ən dinamik inkişaf edən ölkə iqtisadiyyatlarından biri olduğunu bildirib. O, müsahibədə xüsusi olaraq vurğulayıb ki, yoxsulluq həddi ötən səkkiz il ərzində 49%-dən 5%-ə qədər aşağı düşüb.
 
Müsahibədə qeyd edilir ki, ölkəmizin xarici valyuta ehtiyatı 53 milyard dolları keçib. Azərbaycanın nefti və qazı boru xətləri vasitəsi ilə dünyanın müxtəlif yerlərinə ixrac edilir:
 
 “Həmçinin Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda - turizm, rabitə və informasiya texnologiyaları, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlər əldə edib”.
 
Azərbaycanın turizm potensialı haqqında danışan səfir ölkəmizdə mövcud olan yay və qış turizmi barəsində məlumat verərək, 2013-cü ildə 2 milyondan artıq turistin Azərbaycana səfər etdiyini bildirib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL