Apreldə noutbukların tədarük həcmi azalıb
2014-cü ilin aprelində dünyanın beş aparıcı noutbuk istehsalçısı 2013-cü ilin mart və müvafiq ayı ilə müqayisədə daha az noutbuk tədarük edib. “Digitimes Research” analitiklərinin məlumatına görə, tədarüklərin həcmi müvafiq olaraq 24% və 3% azalıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər azalmanı belə izah edirlər ki, şirkətlərin əksəriyyəti martda noutbukların anbar ehtiyat tədarükünü artırıblar, buna görə apreldə noutbuklara tələbat azalıb.
Brend istehsalçıların beşliyindən yalnız “Asustek Computer” ötən ayla müqayisədə tədarüklərin həcmini artırmağa müvəffəq olub. Ekspertlər “Acer” və “Dell” şirkətlərində 15%-lik azalma qeydə alıblar. “Hewlett-Packard” şirkətində bu göstərici 40%-i ötüb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL