waplog

Kredit sistemi ilə təhsil alanlar kompüterlə imtahan verəcək


Bundan sonra Azərbaycan Tibb Universitetinin tibbi profilaktika və tibbi biologiya, stomatologiya və əczaçılıq fakültələrinin məzunları kredit sistemi ilə təhsil aldıqları üçün test üsulu ilə kompüterlə imtahandan keçəcəklər. Bu zaman Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1060 saylı 11.09.2008-ci il tarixli əmri ilə təsdiq edilən "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə"də göstərilən şərtlər əsas götürüləcək.
 
ATU-nun I müalicə-profilaktika, II müalicə-profilaktika, pediatriya və hərbi tibb fakültələrinin son kurs tələbələri arasında  attestasiya imtahanları isə adi üsulla keçiriləcək. Bu addım dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və  diplomun verilməsi haqqında qərar çıxarılmasında şəffaflığın daha da artırılması məqsədilə atılıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı qərara Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşdə  gəlinib. ATU-nun prorektorları və tədris şöbəsinin əməkdaşlarının, 160-a yaxın komissiya üzvlərinin iştirak etdiyi görüşdə attestasiya imtahanlarının təşkili, qaydaları, məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsinə dair müzakirələr aparılıb. Ə.Əmiraslanov komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi haqda müvafiq göstərişlər verib.
 
 
Qeyd edək ki, "Təhsil haqqında" Qanuna uyğun olaraq ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin müvafiq olaraq həmin fənlər üzrə yekun və buraxılış  dövlət attestasiyasından  keçirilməsi məcburidir. Bu, ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL