“Google Glass” smart eynəyi başağrısı yaradır
“Google” şirkəti istifadəçiləri xəbərdar edib ki, smart-eynəkdən uzunmüddətli istifadə başağrısı yarada bilər. Şirkət, həmçinin xəbərdarlıq edib ki, eynək vasitəsilə mətnlərin oxunması bir qədər gözün uyğunlaşmasını tələb edir və buna görə ilk öncə xoşagəlməz hisslərə səbəb ola bilər. “Google” rəsmisi deyib ki, “Glass” böyük həcmli mətnlərin oxunması üçün məhsul kimi düşünülməyib.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, smart-eynəkdən istifadədən sonra başağrısı və gözlərlə bağlı problemə görə bir sıra istifadəçilərin şikayətindən sonra şirkət tərəfindən müvafiq izahat verilib.
Şirkətin nümayəndəsi deyib ki, bu problemlər istənilən eynək üçün tipik haldır. "Kimsə yeni eynək satın alaraq ondan ilk dəfə istifadə etdikdə həmişə ona uyğunlaşmaq lazım gəlir. “Glass” smart eynəyi ilə eyni cürdür" – şirkətdən bildirilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL