Azərbaycanda əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyasının təsdiq edilməsi haqda qərara dəyişikliklər edilib
Azərbaycan Nazirlər Kabinetinin 153 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dəyişikliklərə əsasən qərarın adında və preambulasında “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyasının” sözlərinin “Viza blankının təsviri, spesifikasiyası və nümunəsi” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.
Bundan başqa, qərar viza blankı üçün viza sahibinin şəkli əvəzinə, blankda viza sahibinin biometrik identifikasiya tələblərinə uyğun üz təsvirinin yerləşdirilməsini nəzərdə tutur. Nazirlər Kabinetinin qərarında eyni zamanda "Viza blankının nümunəsi"nin də təsdiq edilməsi qeyd edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL