Azərbaycan fərdi identifikasiya nömrəsinin daxil edildiyi dövlət informasiya sistemlərinin siyahısında dəyişiklik edilib
Azərbaycan Nazirlər Kabinetinin 127 №-li qərarına əsasən "Azərbaycan Respublikası vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunu apardığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, qərar "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunu apardığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nın on birinci abzasının ləğv edilməsini nəzərdə tutur.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi icazələrin reyestrini aparmaq səlahiyyəti ləğv edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL