waplog

“Azərpoçt” Somaya yardım etdi


Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım kampaniyasına qoşulması ilə əlaqədar baş direktor Qənbər Bəybalayevin sədrliyi ilə  Qızıl Aypara Cəmiyyətinin “Azərpoçt” bölməsinin iclası keçirilib. 
 
  İclasda Soma mədənində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclas çərçivəsində  faciə nəticəsində ölənlərin ailələrinə Qızıl Ayparanın “Azərpoçt” bölməsinin hesab fondundan beş min manat   yardım göstərilməsi təklif olunub. 
 
Təklif  iclasda iştirak edən qızıl ayparaçılar tərəfindən yekdilliklə dəstəklənib.
 
 Beləliklə, kampaniyaya qoşulan poçt rabitəçiləri Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım fonduna beş min manat pul köçürüb.
 
 
Xatırladaq ki, Türkiyə tarixinin ən böyük mədən qəzasında 301 nəfər ölüb, 120 nəfər xəsarət alıb.
 
 
RƏVAN
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL