Dünyada ən sürətli zəng həyata keçirilib
“Renesas Mobile Corp” və “Huawei” şirkətləri əks-kanalda (abunəçidən mobil rabitə baza stansiyasına) “HSPA+” standartında 10,4 Mbit/s-ə qədər ötürülmə sürəti ilə dünyada ilk zəng həyata keçirib.
Əks-kanal üzrə bu nəticəni əldə etmək üçün abunəçidən baza stansiyasına olan kanal üzrə 11 Mbit/s sürət dəstəyi ilə “HSUPA” radio kanalı konfiqurasiya edilib. “HSPA+” funksionalı inkişafının bu yeni pilləsi operatorlara əks- kanalın effektivliyini yüksəltmək imkanı yaradır.
"Yeni texnologiya əks-kanal trafikinin artması problemini effektiv həll etməyə, əks-kanalın ötürmə sürətini yüksəltməyə və şəbəkə elementlərinin mobil rabitə qurğuları və platformaları ilə uyğunluğunu təmin etməyə imkan yaradacaq" - şirkətlər bildiriblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL