“Apple” “4G” smartfonlarının satış həcminə görə Çində liderdir
"Digitimes Research" tədqiqat firması dünyanın ən böyük smartfon bazarı – Çində vəziyyəti araşdırıb. Analitiklər 2014-cü ilin birinci rübündə sözügedən bazarda tədarük həcminin 6.4% azaldığını qeydə alıblar, çünki yerli istehlakçılar hələ ki yeni telefon satın almırlar.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Çin sakinləri qiyməti 1000 yuandan aşağı (təxminən 160 dollar) yeni "4G" modellərinin çıxarılmasını gözləyir, ancaq istehsalçılar "3G" qurğularının yüksək anbar ehtiyat tədarükünə görə bu məhsulun buraxılması müddətini ikinci rübə keçiriblər.
Çində cari ilin yanvar-mart aylarının nəticəsinə görə smartfon tədarükünün həcminə görə birinci yerdə "Samsung Electronics" şirkəti qərarlaşıb. Liderlər üçlüyündə "Apple" və "Xiaomi Technology" şirkətləri də yer alıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL