waplog

“Wi-Fi” texnologiyası daşınan elektronika bazarında vacib rol oynayacaq


“Wi-Fi” simsiz rabitə texnologiyası aktiv şəkildə formalaşan daşınan elektronika bazarında mühüm rol oynayacaq. Bu fikri “Strategy Analytics” şirkətinin ekspertləri söyləyib. Analitiklərin sözlərinə görə, yaxın gələcəkdə istehsalçılar tərəfindən buraxılan kompüterləşdirilmiş eynəklərin əksəriyyəti quraşdırılmış “Wi-Fi” funksiyaları ilə təchiz ediləcək.
 
“Strategy Analytics”in direktoru Mett Uilkins qeyd edir ki, “Wi-Fi” vasitəsilə “smart” eynək istifadəçiləri çəkdikləri videoçarxları videofayl mübadilə saytlarına yükləyə biləcəklər. Mütəxəssislərin proqnozlarına görə, 2015-ci ildə istehsal olunan “ağıllı” eynəklərin 79 faizi “Wi-Fi”ı dəstəkləyəcək, belə qurğuların tədarük həcmi 2014-cü ildəki 1,2 milyon ədədə nisbətdə 4 milyon ədədə çatacaq.
 
Kompüterləşdirilmiş eynəklər bazarının hərəkətverici qüvvəsi kimi ekspert “Google” şirkətinin adını çəkərək vurğulayıb ki, bu seqmentə son nəticədə axtarış sisteminin rəqibi ola biləcək “Samsung” və “Apple” şirkətləri də maraq göstərir.
 
Həmkarının fikrini tamamlayan şirkətin digər mütəxəssisi Nil Mouston deyib ki, simsiz texnologiya “smart” eynək kimi daşınan qurğu sahiblərinə kontenti paylaşmaqla yanaşı, ondan istifadəyə imkan verəcək.  



Öz növbəsində “Strategy Analytics”in baş analitiki Linda Sui əlavə edib ki, smartfon və planşet kompüterlərdən sonra daşınan elektronika mobil sahənin ən perspektivli istiqamətidir. Mütəxəssisin fikrincə, ABŞ və Çin daşınan elektronika qurğularının ən böyük regional bazarları olacaq, - “DailyComm www.dailycomm.ru” yazır.  




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL