Azərbaycan Gürcüstanda baş verən sürüşmə ilə bağlı tədqiqatlar aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıb
Gürcüstan Respublikasında baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparmaq üçün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov bu ölkəyə ezam ediliblər.
RSXM əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıblar və müşahidələrə başlanılıb.
AMEA nəzdində RSXM-in İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının sözlərinə görə, qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının seysmoloji tədqiqatlar aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət edib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL