waplog

“Microsoft” şirkətinin Azərbaycan bazarında payı üç dəfə artıb


Dünyanın aparıcı İT şirkətlərindən biri olan “Microsoft” şirkətinin Azərbaycanda bazar payı son bir ildə üç dəfə artıb.

“Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepinin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, regionun digər ölkələri ilə müqayisədə Azərbaycan lider mövqe tutur.

"Mən  Qafqazda, Avropada və Mərkəzi Asiyada yerləşən on ölkədə “Microsoft”un biznesinin inkişafına cavabdehəm və bu ölkələrdə Azərbaycan həm satış həcmlərinə görə, həm də  əhatə dairəsinə görə lider mövqe tutur. Bu ölkələr arasında Azərbaycan nümunəvi ölkədi və bu ölkədə biznesin inkişafı, gələcək inkişaf planlarına müsbət təsir göstərir. Yerli bazarda bizim təqdim etdiyimiz əsas məhsullar mobil qurğular və “bulud” texnologiyalarıdı.  İstifadəçilər arasında daha çox tələbat üç tip məhsullarla müşahidə olunur. Bu, mobil qurğular, rabitə vasitələri, messencerlər və proqram təminatıdır”, - deyə o bildirib.
 
V. Rentzepinin sözlərinə əsasən, eyni zamanda şirkət “backbone” (ilkin provayder) infrastrukturunun yaradılması üçün tələb olunan data mərkəz server  və avadanlıqları təqdim edir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL