Azərbaycanlı mütəxəssislər torpaqların “3D” xəritələşdirilməsi yolları ilə bağlı Hollandiyada təlim keçiblər
Azərbaycanlı mütəxəssislər Hollandiyanın Vageningen şəhərində “İSRİC - World Soil Information” (Beynəlxalq Torpaq İnformasiya Mərkəzi) təşkilatında təşkil olunmuş yaz məktəbində iştirak ediblər.
Yaz məktəbində məqsəd torpaqların xəritəçiliyi üçün geostatistika, dünya torpaq profili bazası, torpaq informasiya sistemi (World Soil Profiles, WOSIS, World Grids), torpaqların xəritələşdirilməsi üçün SOTER metodu, rəqəmsal xəritələrin qiymətləndirilməsi yolları haqqında məlumat əldə edilməsi olub.
Təlimdə “Qlobal torpaq informasiya mübadiləsi” mövzusunda müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Zərifə Feyzullayevanın sözlərinə görə, yaz məktəbində institutun Aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədov və doktorantı Fikrət Fevziyev iştirak ediblər.
Beşgünlük təlim çərçivəsində R, Rstudio proqramları vasitəsilə torpaqların “3D” xəritələşdirilməsi yolları praktiki və nəzəri şəkildə öyrədilib. Yaz məktəbinin sonunda Dünya Torpaq Muzeyi ilə tanışlıq olub və torpaqların müasir “WRB” təsnifatı yolları müzakirə edilib.
Həmçinin, dünyanın müxtəlif ölkələrindən gəlmiş alim iştirakçılarla elmi əməkdaşlıq imkanları müzakirə edilib və aparılan müasir elmi tədqiqatlar haqqında fikir mübadiləsi aparılıb. Ezamiyyət Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL