waplog

AMEA İnformasiya Texnologiyaları İnstitutu və DAAD təlim seminarı təşkil edir


AMEA İnformasiya Texnologiyaları İnstitutu və Alman Akademik Mübadilə Xidməti (DAAD - Deutscher Akademischer Austauschdienst) 18 iyun 2014-cü il tarixdə “Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları” mövzusunda konfrans və “Elmi tədqiqata ilk addım” mövzusunda təlim seminarı təşkil edir.

İnstitutdan verilən məlumata görə, Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları” konfransında Almaniyada doktorantura təhsili almaq və ya elmi tədqiqat işi aparmaq üçün qəbul prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat veriləcək.
 
Konfransda doktorantlar, dissertantlar, gənc alimlər və magistratura tələbələrinin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyənlərin 10 iyun 2014-cü il tarixinə qədər qeydiyyatdan keçməsi zəruridir. Konfrans ingilis dilində aparılacaq.  “Elmi tədqiqata ilk addım” təlim seminarında tədqiqat işinin ilkin planlaşdırılması, elmi ədəbiyyata çıxış, tədqiqat nəticələrinin nəşri, tədqiqat layihəsinin yazılması, Almaniyadan elmi rəhbər təyin edilməsi, DAAD təqaüdləri və qrantlarına müraciət qaydaları haqqında təlim keçiriləcək. Seminar “Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları” mövzusunda konfransın davamı olduğundan təlimdə iştirak üçün əvvəlcə konfransda iştirak etmək zəruridir.
 
Təlim seminarında iştirak etmək üçün iştirakçı Almaniyada aparmaq istədiyi elmi tədqiqat işi haqqında qeydiyyat formasını (application form) doldurub DAAD Bakı ofisinə (e-mail: info@daad.baku.az ) göndərməlidir: “Təlimdə iştirakınız təsdiqləndiyi halda sizə DAAD rəhbərliyi tərəfindən dəvət məktubu göndəriləcək. Təlim seminarında tam iştirak edənlərə sertifikat veriləcək və təlim ingilis dilində aparılacaq”.




Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL