“Elektron hökumət” portalında ən çox istifadə olunan e-xidmətlər məlum oldu
2014-cü ilin aprel ayı ərzində "www.e-gov.az" portalı tərəfindən təqdim edilən və vətəndaşlar tərəfindən ən çox istifadə edilən e-xidmətlər məlum olub.
Belə ki, bu xidmətlərə:
-
Daxili İşlər Nazirliyinin təqdim etdiyi
-
Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar.
-
Təhsil Nazirliyinin təqdim etdiyi
-
Diplom haqqında məlumatlar.
-
Vergilər Nazirliyinin təqdim etdiyi
-
VÖEN-ə görə ödəyicinin axtarılması.
-
Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi
-
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və ya ləğvi üçün müraciətin və sənədlərin qəbulu.
-
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi
- Telefon nömrəsi üzrə axtarış;
- Vətəndaşın fərdi məlumatları barədə arayış;
- Mobil cihazların qeydiyyatdan keçirilməsi;
- Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat;
- Portal üzərindən verilmiş arayışların yoxlanılması.
-
Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi
-
Sığortaolunanın onlayn uçota alınması;
-
Sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı;
-
Pensiya kalkulyatoru.
-
Ədliyyə Nazirliyinin təqdim etdiyi
-
Azərbaycan adları barədə məlumatın verilməsi kimi xidmətlər
daxildir.
Xatırladaq ki, "www.e-gov.az" portalı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbulundan sonra hazırlanaraq istifadəyə verilib və əsas məqsədi vətəndaş və dövlət qurumları arasında münasibətləri rahatlaşdırmaqdır.
Statistikaya əsasən, 2012-ci ilin dekabrından 2014-cü ilin aprel ayının sonuna qədər portala ümumilikdə 623078 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 341 776 nəfər olub.
Aprel ayının ilk ongünlüyündə "www.e-gov.az" portalının təqdim etdiyi elektron xidmətlərə olan müraciətlərin sayı 1 milyona çatıb.
Portalın xidmətlərindən elektron imza ilə istifadə etmək mümkündür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL