“Elektron hökumət” portalı vasitəsilə vətəndaşlara yeni xidmətlər təqdim ediləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzarətində olan "Elektron hökumət" portalı vətəndaşlara yeni xidmətlər təqdim edir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi 5 yeni xidmət qısa zaman kəsiyində istifadəçilərin rəğbətini qazanmışdır.
Portala əlavə olunan xidmətlər arasında "Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu", "Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" və "Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi"vardır.
"Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu" xidməti vasitəsilə dəfn üçün müavinətinödənilməsi ilə bağlı müraciət və qanunvericiliklə müəyyən edilmiş sənədlər elektron formada Dövlət Sosial MüdafiəFondunun departamentləri, rayon şöbələri, Naxçıvan MuxtarRespublikasının Dövlət Sosial Müdafiə Fondunun rayonşöbələrinə təqdim edilir.
Digər 4 xidmət vasitəsilə müvafiq haqq-hesab cədvəllərinin elektron formada doldurularaq Dövlət Sosial MüdafiəFondunun departamentləri, rayon şöbələri, Naxçıvan MuxtarRespublikasının Dövlət Sosial Müdafiə Fondunun rayonşöbələrinə təqdim olunması həyata keçirilir.
Xatırladaq ki, "www.e-gov.az" portalı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbulundan sonra hazırlanaraq istifadəyə verilmişdir və əsas məqsədi vətəndaş və dövlət qurumları arasında münasibətləri rahatlaşdırmaqdır.
Portalın xidmətlərindən elektron imza ilə istifadə etmək mümkündür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL