“SCiO” mini-skaneri istənilən obyektin tərkibini müəyyənləşdirəcək
Dünyanın ilk yığcam molekulyar "SCiO" skaneri istənilən obyektin tərkibini müəyyənləşdirəcək.
"Consumer Physics" şirkəti tərəfindən hazırlanmış "SCiO" mini-skanerinin çəkisi 20 qram təşkil edir. Bu qurğu ölçüsünə görə USB fləş-kartdan cüzi böyükdür.
"ICTnews" elektron xəbər xidməti "naked-science.ru" saytına istinadən bildirir ki, istənilən obyektin kimyəvi tərkibini ani müəyyənləşdirən dünyanın ilk portativ molekulyar skaneri NIR-spektroskopiya prinsipi üzrə işləyir.
İsrail mütəxəssisləri tərəfindən yaradılmış qurğu, məsələn, nəfəs aldığımız hava, içdiyimiz suyun tərkibini müəyyənləşdirir. Cihaz smartfona qoşulur və xüsusi tətbiqlərin köməyi ilə maddələrin kimyəvi tərkibini müəyyənləşdirir.
Qurğunun 2015-ci ilin yanvarında satışa çıxarılacağı gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL