Çinli 3 günlük internet oyunundan sonra iflic olub
Xunan əyalətinin sakini 26 yaşlı Syao Syan onlayn oyunların növbəti qurbanı olub. İnternet-kafelərin birində üç gün vaxt keçirdikdən sonra o, şüurunu itirib və yerli xəstəxanaya çatdırılıb. Həkimlər təyin ediblər ki, gənc insanın beyninə qan sızıb və qismən iflic olub.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ehtimal ki, Syao Syan əl-ayaqlarının hərəkətliliyini tamamilə bərpa edə biləcək, ancaq nitqində problemlər qalacaq, onun emosional-psixi vəziyyəti, həmçinin dəyişikliklərə məruz qalacaq. Qeymer adi ofis işçisi olub. O, artıq çəkidən əziyyət çəkib və müntəzəm internet-kafeyə gəlib.
Xatırladaq ki, Çin qeymerləri müntəzəm olaraq xəbər qəhrəmanı olurlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL