Sinqapurda dünyanın ilk “LTE” şəbəkəli səsli rabitə xidməti istifadəyə verilib
Sinqapurun “SingTel” operatoru dünyanın ilk “LTE” şəbəkəsi ilə işləyən tamfunksional kommersiya “4G ClearVoice” səsli rabitə xidmətini (Voice over LTE, VoLTE) istismara verib. Mayın 31-dən etibarən servisdən mobil rabitə faktura abunəçiləri istifadə edə biləcək. “VoLTE” üçün ödəniş aylıq standart səsli rabitə paketinin dəqiqələrindən hesablanacaq.
“SingTel” bildirir ki, “4G ClearVoice”un üstünlüklərindən biri bağlantının iki saniyəyə qurulmasındadır, halbuki adi mobil zənglər beş saniyəyə birləşdirilir. Bundan başqa, operator mobil telefonlarda adi danışıq zamanı olan səsdən daha təmiz səsə təminat verir. Belə ki, “VoLTE” daha geniş tezlik spektrini ötürməyə imkan verir ki, nəticədə səs təbii səslənir. Bundan əlavə, fon səs-küyünün azalması da qeyd olunur.
Dördüncü nəsil rabitəsi (LTE) ilə bağlantı itirilən zaman rabitə avtomatik “3G” şəbəkəsinə keçir. Servis “Ericsson” və “Samsung” şirkətləri ilə tərəfdaşlıqda yaradılıb. “Ericsson” avadanlıq təqdim edib, “Samsung” isə “4G ClearVoice” vasitəsilə öz məhsullarının satışını genişləndirir. Xidmətdən ilk öncə “Samsung Galaxy Note 3” smartfon sahibləri istifadə edə biləcək, - “Computerworld www.osp.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL