waplog

Azərbaycan Türkiyədə keçirilən “Elmdə və texnologiyada qadınlar” beynəlxalq konfransında təmsil olunacaq


Mayın 28-dən iyunun 1-dək Türkiyənin İzmir şəhərində “Elmdə və texnologiyada qadınlar” (Women in Science and Technology) beynəlxalq konfransı keçiriləcək.
 
Ölkəmizi konfransda tədbirə rəsmi dəvət alan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva təmsil edəcək. Asiya elmlər akademiyaları və cəmiyyətləri assosiasiyası (The Association of Academies and Societies of Sciences in Asia (AASSA)), Türkiyə Elmlər Akademiyası (The Turkish Academy of Sciences (TÜBA)), Ümumdünya elm akademiyaları şəbəkəsi (Global Network of Science Academies (IAP)) və Egey Universitetinin təşkil etdiyi konfransın ilk günü o, “Postmodern: qadın mövzusu” (Postmodern: A Thematization of Woman) adlı məruzəsi ilə çıxış edəcək.
 
Bu barədə məlumat verən Fəlsəfə və Hüquq İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xanım Muxtarovanın sözlərinə görə, konfransın ikinci günü Roida Rzayeva iclasa sədrlik edəcək: “Qeyd edək ki, o, dünyanın 12 ölkəsinin alim və mütəxəssislərinin iştirak etdiyi beynəlxalq konfransda Azərbaycandan yeganə təmsilçidir”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL