waplog

Mərkəzi Kitabxananın İnformasiya Resursları Mərkəzində ilk dəfə olaraq doktorluq dissertasiyası müdafiə olunub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni açılmış Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzində (İRM) ilk dəfə olaraq doktorluq dissertasiyası müdafiə olunub.
 
AMEA Mərkəzi Kitabxanasının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Ruslan Kərimov qeyd edib ki, İRM-nin Dissertasiya zalında təşkil edilmiş görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun  Dissertasiya şurası Elşad Məmmədovun “Müasir şəraitdə istehlak malları bazarının formalaşması və inkişafı problemləri” mövzusunda yazdığı elmi əsəri müzakirə edib: “Qeyd edək ki, vətəndaşların dövlət büdcəsinin və ödədikləri vergilərin müəyyən hissəsinin elmin hansı sahələrinə nə dərəcədə effektiv xərclənməsi barədə məlumatı olmalıdır. Ona görə  elmi əsərlərin  müdafiəsi açıq, ictimai müzakirə formatında keçirilməlidir.  Bu məqsədlə də İRM-nin Dissertasiya zalı məxsusi olaraq qapısız layihələndirilib”.
 
 
Bundan başqa, İnformasiya Resursları Mərkəzinin kitab kolleksiyasına daxil olan elmi əsərlərin sayı da sürətlə artmaqdadır. Rəyasət Heyətinin Mərkəzi Kitabxanada bu ilin may ayında keçirilmiş geniş iclasından və ümumiyyətlə, mediada yayılmış məlumatlardan sonra kitab fondu zənginləşir. AMEA-nın bir sıra elmi müəssisələrindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ensiklopediyanın iki dildə, xüsusi buraxılışı da daxil olmaqla hazır olan bütün cildlərini, Folklor İnstitutu çap etdirdiyi 146 elmi kitabı, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu 142 elmi kitab və jurnalı, A.A.Bakıxanov adına Tarix İnstitutu nəşr etdiyi 84 adda kitabı, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi 2006 – 2014-cü illər üzrə 4700 aftoreferatı İnformasiya Resursları Mərkəzinin kitab fonduna hədiyyə ediblər.
 
 R.Kərimov bildirib ki, AMEA-nın Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi hədiyyə olunan kitabları yüksək qiymətləndirir:
 
“Kitablar həm kitabxananın, həm də Milli Rəqəmsal Yaddaşın zənginləşməsində əvəzsiz rol oynayacaq”.



Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL