“Apple” şirkəti "əşyaların interneti" üçün öz platformasını hazırlayır
"The Financial Times" nəşri yazır ki, "WWDC 2014" konfransında "Apple" korporasiyasının nümayiş etdirəcəyi yeni proqram platforması "iPhone" smartfonunu "ağıllı evi" uzaqdan idarə etmə pultuna çevirməyə imkan verəcək.
Yeni platforma "iPhone" smartfonuna işıq, iqlim və ev elektronikasını idarə etməyə icazə verəcək. Bu platforma "Apple" üçün, faktiki olaraq, "əşyaların interneti" seqmentində atılmış ilk addımdır.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti əsas rəqiblərinə (Google və Samsung) çatmağı, həmçinin smart texnologiyalar dünyasında söz sahiblərindən olmağı planlaşdırır. Şirkətdəki mənbələr deyib ki, 2 iyun tarixində "WWDC" konfransında şirkət öz smart texnologiyasını nümayiş etdirəcək.
Xatırladaq ki, son 6 ayda, demək olar, bütün İT "oyunçu"lar bu sahədə öz həllərini nümayiş etdiriblər. Məsələn, "Google" şirkəti smart-eynək və "ağıllı" termostatlar üzərində işləyir, "BlackBerry" şirkəti "M2M" qurğular üçün təhlükəsiz kommunikasiya platformasını yaratmaq niyyətindədir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL