waplog

“Amazon” robotların işinə üstünlük verir


“Amazon” şirkəti 2014-cü ilin sonunadək öz anbarlarında nəqliyyat robotlarının sayını 10 minədək artırmağı planlaşdırır. Bu haqda şirkətin baş direktoru Ceff Bezosun bəyanatına istinadən “The Washington Times” yazıb.
 
Hazırda “Amazon”un anbarlarında 1300-dən çox robot işləyir. Şirkətin mətbuat katibi deyib ki, maşınların sayının artırılması şirkətdə ixtisarlara səbəb olmayacaq.
 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, robotlar stellajların daxili daşımasını həyata keçirirlər. Robotlar “Kiva Systems” şirkəti tərəfindən yaradılıb. “Amazon” 2012-ci ildə bu şirkəti 775 milyon dollara satın alıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL