150 dollarlıq yığcam Hindistan smartfonu
Hindistanın “Lava” şirkəti ucuz mobil cihaz həvəskarları üçün yeni “Iris X1” smartfonunu nümayiş etdirib. 854x480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekranla təchiz edilmiş qurğunun qiyməti 150 dollardan yuxarı olmayacaq.
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Lava Iris X1” smartfonu 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 4 QB daxili yaddaş (32 QB-dək “microSD” kartı dəstəklənir), 8 və 2 meqapiksellik kameralar, simsiz rabitə modullar dəsti, GPS və microUSB portu ilə təchiz edilib.
Aparata “Android” mobil əməliyyat sisteminin son versiyası quraşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL