Avropa müasir şəbəkələrin inkişaf tempinə görə geri qala bilər
İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı Avropanın müasir şəbəkələrin və rabitə standartlarının inkişaf tempinə görə digər regionlardan geri qala bilməsi barədə xəbərdarlıq edib.
“Şimali Amerikada “LTE” (4G) və yeni şəbəkələr Avropadan daha sürətli tətbiq olunur. Biz tempi üç-dörd dəfə artıra bilərik, lakin bunun üçün dövlət sektorunda uzunmüddətli inkişaf planına ehtiyac var”, - şirkətin texniki direktoru Ulf Evaldsson deyib. Texniki direktor onu da əlavə edib ki, dövlət sektoru yüksək texnologiyalar və telekommunikasiya sahəsinə xərcləri artırmalıdır.
Qeyd etmək lazımdır ki, “Ericsson”un tədqiqat və işləmələrə sərf etdiyi 3,7 milyard avronun təxminən 2,2 milyardı Avropanın payına düşür.
Telekommunikasiya sahəsinin nümayəndələri uzun müddətdir Avropada qüvvədə olan normativ-hüquqi aktların süni yüksək rəqabət yaratmasından şikayət edir. Bu, bir tərəfdən istehlakçılar üçün sərfəlidir, çünki qiymətlərin azalmasına xidmət edir, lakin digər tərəfdən, sahəyə investisiya qoyuluşunu çətinləşdirir.
Avropadan fərqli olaraq ABŞ-da qanunlar daha yaxşı tənzimlənir və yüksək rəqabət mövcud deyil. Bunun sayəsində rabitə operatorları investisiyaları aktiv şəkildə genişləndirə bilir ki, bu da öz növbəsində “Ericsson” kimi avadanlıq istehsalçılarına şərait yaradır, - "DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL