“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edilib
Azərbaycan Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, qaydaların “Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatlar;” məzmunlu 6.5.2.4-cü yarımbəndində “fərdi icazə” sözləri “iş icazəsi” sözləri ilə əvəz edilib.
“Ölkədə müvəqqəti olma müddəti uzadılmış, müvəqqəti yaşamaq üçün icazə almış, habelə immiqrant və qaçqın (sığınacaq axtaran) statusu almış (məhrum edilmiş) şəxslər və onlara verilən vəsiqələr, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə verilən digər sənədlər haqqında məlumatlar” məzmunlu 6.5.2.5-ci yarımbənddə “müvəqqəti yaşamaq” sözləri “müvəqqəti və ya daimi yaşamaq” sözləri ilə əvəz edilib və həmin yarımbənddən “immiqrant və” sözləri çıxarılıb.
“Terrorçuluqda və digər transmilli mütəşəkkil cinayətlərdə şübhəli bilinən, habelə ölkəyə gəlməsi milli təhlükəsizlik baxımından arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar;” məzmunlu 6.7.1.3-cü yarımbənddə “ölkəyə gəlməsi” sözləri və “ölkəyə daxil olması arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar;” məzmunlu 6.7.1.4-cü yarımbənddə “ölkəyə daxil olması” sözləri “ölkədə olması” sözləri ilə əvəz edilib.
Bundan əlavə, “Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;” 6.7.1.4-1-ci yarımbəndi əlavə edilib.
Sadalananlarla yanaşı, “şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə öhdəliklər qoyulmuş şəxslər haqqında məlumatlar;” məzmunlu 6.7.1.7-ci yarımbəndin əvvəlinə “üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla” sözləri əlavə edilib və həmin yarımbənddən “və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə öhdəliklər qoyulmuş” sözləri çıxarılıb.
Həmçinin, “müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında məlumatlar;” məzmunlu 6.7.1.12-1-ci, “hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxslər haqqında məlumatlar;” məzmunlu 6.7.1.12-2-ci və “inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar.” məzmunlu 6.7.1.12-3-cü yarımbəndlər əlavə edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL